Baş xəbər

Anar Eyvazov: “Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri sıradan çıxarılıb”

“Mülki infrastrukturu və mövqelərimizi artilleriya qurğuları, eləcə də müxtəlif çaplı silahlardan atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, sursat anbarı, hərbi təyinatlı radiotexnika qovşağı, eləcə də digər döyüş vasitələri sıradan çıxarılıb”.

Bugun.tv xəbər verir ki, bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

“Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınaraq sıradan çıxarılır”, – deyə A.Eyvazov bildirib.

Mənbə:AzərTac

 

Bugün TV

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Koçaryanın namizədliyi Kremlin planıdır

Aynur Camal

Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

İran XİN rəhbəri ABŞ-la gizli təmas iddialarını təkzib etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu