9 C
Baku
28 Dekabr 2024, 5:23
Baş xəbər

Anar Məmmədov Goranboyda vətəndaşları qəbul etdi – Fotolar

YAP-çı millət vəkili Anar Məmmədov Goranboy rayonunda növbəti dəfə vətəndaşları qəbul edib.

Bugun.tv  xəbər verir ki, Goranboy rayonu Xan Qərvənd kəndində keçirilən qəbulda şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sosial yardım, işıq xətlərinin çəkilişi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri Anar Məmmədov tərəfindən diqqətlə dinlənilib, millət vəkilinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

45 min saxta ətir ələ keçirildi

Kəmalə Sultan

Sivrihisarlılar “Dünya mirası” olan tarixi Ulu Məsciddə səhər namazı üçün toplaşdı

Bugün TV

Ailələr arasında silahlı dava düşdü: 4 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu