28 C
Baku
11 Sentyabr 2025, 15:54
Baş xəbər

Anar Məmmədov Tərtərdə qəbul keçirdi – Fotolar

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Tərtər rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Bugun.tv xəbər verir ki, YAP Tərtər rayon təşkilatının inzibati binasında keçirilən qəbulda rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirak edib.

Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşülüb, onların müraciət və təklifləri dinlənilib. Dinlənilmiş müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq, nəzarətə götürülüb.

Vətəndaşlar qəbuldan məmnunluqlarını ifadə edərək ölkəmizdə, o cümlədən Tərtər rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya lideri Kimdən Rusiya prezidenti Putinə yeni il təbriki

Aynur Camal

9 yaşındakı uşağa bibər qazı sıxan şübhəlinin gözləri qaçdı

Aynur Əfəndi Zadə

Bu ölkəyə yeni baş nazir və nazirlər təyin edildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu