27 C
Baku
26 İyul 2025, 10:28
Baş xəbərSosial

Anar Məmmədov Tərtərdə vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda YAP Tərtər rayon təşkilatının inzibati binasında növbəti dəfə vətəndaşları qəbul edib.

Bugun.tv – xəbər verir ki, qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilib, vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətləri çərçivəsinə aid digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

Pasportsuz səyahət çempionu: Təyyarədə unudulan pişik 24 saat ərzində dünyanı dolaşdı

Aynur Camal

Azeri Light markalı Azərbaycan nefti bahalaşıb

Aynur Camal

Gənclərin seçimi YAP-ın adıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu