27 C
Baku
28 İyun 2025, 12:27
Baş xəbərDünya

Anar müasir Azərbaycan ədəbiyyatının canlı korifeyidir – Millət vəkili

Müasir Azərbaycan ədəbiyyatının canlı korifeyi, əsərləri ilə böyüdüyümüz və yaratdığı obrazların örnəyi ilə həyatı dərk etdiyimiz görkəmli və sevimli yazıçımız Anarın 87 yaşı tamam olur.

Uzun illər ərzində xalqın böyük bir kəsiminin həyata baxışlarının formalaşmasında mühüm rol oynamış Anar bu gün də öz məsləkdaşlarının müəllimi və hamisi qismində öz fəaliyyətini uğurla davam etdirir, gördüyü işlərlə, yüksək vətəndaşlıq mövqeyi ilə ictimai şüurun inkişafında əhəmiyyətli xidmətlər göstərir. Geniş fəaliyyətlərində və uğurlu yaradıcılığında atası Rəsul Rzanın vətənpərvərliyini və milli ruhunu, anası Nigar xanımın romantikasını və qayğıkeşliyini yaşadan böyük yazarımız özündən sonra gələn nəsillər üçün böyük bir ədəbi məktəbdir.

Hörmətli Anar müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Prezidenti Zelenski: Türkiyə də sülh masasında olmalıdır

Aynur Camal

Alimlər izah etdilər: Dünyadakı oksigen nə vaxt yox olacaq?

Aynur Camal

“İZ- Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimat mərasimi keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu