17 C
Baku
29 İyun 2025, 8:59
Baş xəbərHadisəKriminal

Anbarlardan oğurluq edən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Qaradağda anbarlardan birindən 106 min manat dəyərində
84 ədəd noutbuk və kompüter avadanlıqları oğurlayan 3 nəfər saxlanılıb

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bilidirib. Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adları qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

İnsan əzaları yenidən böyüyə bilərmi? Bu heyvanlar bizə anlamaqda kömək edə bilər

Aynur Camal

Xaçmaz rayonunda növbəti təlim təşkil olundu

Elnarə Dərziyeva

Bir evə hava hücumu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu