Dünya

Angela Merkelin kitabı sürətlə satıldı! O milyonçu oldu

Almaniyanın keçmiş kansleri Angele Merkel “Azadlıq – Xatirələrim” kitabı ilə sərvət qazanıb. Vəzifədə olarkən 20 min avro maaş alan Merkelin kitabından 20 milyon avro qazandığı məlum olub.

Almaniyanın keçmiş kansleri Angela Merkel xatirələr kitabı ilə gündəmə gəlib. Merkel xatirələri haqqında yazdığı kitabdan sözün əsl mənasında sərvət qazanıb.

İlk nəşri tükənərək 42 avroya satılan Merkelin kitabından 20 milyon avro qazandığı öyrənilib. Kitabı çap etdirən nəşriyyat mətbəəyə 200 minlik yeni nəşr göndərib.

Kitabın gəlirinin 40 milyon avronu keçəcəyi gözlənilir. Nəşriyyat kitabın böyük uğur qazandığını bildirərək, onun müxtəlif dillərə tərcümə olunacağını açıqlayıb. Digər tərəfdən, Merkelin baş nazir olduğu müddətdə aylıq 20 min avro qazandığı məlum idi.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

2024-cü ildə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edildi

Aynur Camal

Qəzzada 560 müəllim və 12 min şagird şəhid oldu

Aynur Camal

Hayfa raketlərlə bombalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu