Siyasət

Ankara Moskva və Kiyevlə Ukraynadan taxıl dəhlizini müzakirə edəcək

Bugün.tv xəbər verir ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  rus və ukraynalı həmkarları ilə Ukraynadan təhlükəsiz taxıl ixracını müzakirə etməyi planlaşdırdığını bildirib.

“Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir”, – Ərdoğan deyib. “İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, lakin biz bu həcmi artırmaq istərdik”.

Prezident qeyd edib ki, Türkiyə təkcə özü üçün deyil, üçüncü ölkələr üçün də işə qoşulacaq.

“Danışıqlar davam edir. Gələn həftə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə hansı addımların atıla biləcəyini müzakirə edəcəyik”, – Ərdoğan əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İranda faktiki olaraq hərbi idarəetmə formalaşıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu