Bugün.tv xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus və ukraynalı həmkarları ilə Ukraynadan təhlükəsiz taxıl ixracını müzakirə etməyi planlaşdırdığını bildirib.
“Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir”, – Ərdoğan deyib. “İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, lakin biz bu həcmi artırmaq istərdik”.
Prezident qeyd edib ki, Türkiyə təkcə özü üçün deyil, üçüncü ölkələr üçün də işə qoşulacaq.
“Danışıqlar davam edir. Gələn həftə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə hansı addımların atıla biləcəyini müzakirə edəcəyik”, – Ərdoğan əlavə edib.