7 C
Baku
6 Fevral 2025, 13:08
Mədəniyyət

Ankarada Azərbaycan mahnılarından ibarət konsert keçirilib

Bugun.tv xəbər verir ki, Bilkent Universitetində Türk Musiqisi Ansamblının ifasında Azərbaycan mahnılarından ibarət konsert proqramı keçirilib.
Bu haqda ansamblın üzvləri məlumat verib. Bildirilib ki, repertuarda “Ayrılıq” kimi lirik mahnılarla yanaşı, “Yandırdın qəbimi”i kimi canlı mahnılar da yer alıb. Konsert cümbüş, ud və bendir kimi ənənəvi türk musiqi alətləri ilə yanaşı, qarmon və piano kimi qərb musiqi alətləri ilə müşayət olunub.
Mahnıların hazırlanmasında isə qrupun təşkilatçılığına məsul şəxslərin – Kazım Tuğşad Koyuncu ilə Həsən Selçuk Kılıçın rolu böyük olub.
“Belə tədbirlərin keçirilməsində əsas məqsəd Bilkent Universiteti ictimaiyyətinə dinləməkdən zövq aldıqları Azərbaycan mahnılarını tanıtmaq və gözəl konsert təqdim etməkdir”,- məlumatda qeyd olunub.

Bugün TV

Oxşar xəbərlər

Vətən müharibəsində iştirak edən qaziyə toy edildi

Kəmalə Sultan

Noyabrda Sankt-Peterburqda Azərbaycan Mədəniyyət Günləri keçirilə bilər

Aynur Camal

“Gənclərin bayağı musiqilərə meylinin artmasının günahkarı kimdir?-ŞƏRH+ÖZƏL

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu