Bugun.tv xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirlikləri birgə əməliyyat keçirib. Nəticədə 24 əcnəbinin qarşıdurma bölgələrində DAEŞ üzvləri ilə təmasda olduğu müəyyən edilib.
Həmçinin, şəhər daxilində eyni vaxtda aparılan əməliyyatlarda 19 nəfər nəzarətə alınıb. Qaçaq 5 şübhəlinin tutulması üçün işlərin davam etdiyi bildirilir.
Kəşfiyyat məlumatı və təhlili nəticəsində “xarici terrorçu döyüşçü” (YTS) kateqoriyasında qiymətləndirilən şübhəlilər, əməliyyat və sorğuların ardından deportasiya edilmək üçün Miqrasiya İdarəsi Müdirliyinə təhvil veriləcək.
Mənbə:NTV