Baş xəbərHadisə

Ankarada seçki qanla başa çatıb: 23 nəfər yaralanıb

Bugun.tv xəbər verir ki, Ankarada iki rəqib muxtar arasında çıxan bıçaqlı davada 4-ü ağır olmaqla 23 nəfər yaralanıb. İddialara görə, Kalecik mahalının Satılar Məhəlləsində səslərin sayılması zamanı hazırkı muxtar Fatih Akgül ilə rəqibinin yaxınları arasında bıçaqlı dava düşüb.

Hadisə yerinə çoxlu sayda jandarma və sağlamlıq qrupları cəlb edilib. Onlar aldıqları bıçaq yaraları nəticəsində xəsarətlər alıb, xəstəxanada yerləşdiriliblər.

4 nəfərin vəziyyəti çox ağırdı. Hadisə ilə əlaqədar polis araşdırmalara başlayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Aynur Camal

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu