4 C
Baku
27 Yanvar 2026, 6:46
Baş xəbərHadisə

Antaliyaya hava yolu ilə gələn turistlərin sayı açıqlandı

Bugun.tv xəbər verir ki, son aylar Antalyaya hava yolu ilə gələn turistlərin sayı sürətlə artıb. Antalya Qubernatorluğu İl Mədəniyyət və Turizm Müdirliyinin “TRT Haber”ə verdiyi məlumatlarına görə, dənizi, qumu, günəşi və təbii gözəllikləri ilə Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalyada 2023-cü il turizm məlumatlarında artım davam edir.

2023-cü il yanvarın 1-dən avqustun 10-dək Antalyaya hava yolu ilə gələn turistlərin sayı 9 milyon 56 min 921 olub. Antalya turizmdə rekordlar ili adlandırılan 2019-cu ili geridə qoyub.

Yerli və xarici turistlərin diqqət mərkəzində olan Antalyada 2023-cü ilin turizm məlumatları 1-10 avqust 2022-ci illə müqayisədə yüzdə 21 artıb. Avqustun ilk 10 gününə əsasən, 2022-ci illə müqayisədə 11 faiz artaraq 872 min 833 olub.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu