12 C
Baku
18 Fevral 2026, 14:54
Baş xəbərDünya

Antarktidada bitki örtüyü dəyişir

Dünyanın ən soyuq bölgəsi olan Antarktidada iqlim dəyişikliyi səbəbindən bitki örtüyü dəyişir. İqlim dəyişikliyi səbəbindən temperaturun artması dünyanın ən soyuq bölgəsi olan Antarktidaya da təsir edib. İqlim böhranının izlərinin göründüyü bölgələr arasında yer alan Antarktidada bitki örtüyü sürətlə dəyişir.

İngilis alimlərinin “Nature Geoscience” jurnalında dərc etdiyi araşdırmada peyk görüntülərinin təhlili göstərir ki, qitədəki bitki örtüyü son qırx ildə çox dəyişib.

1986-cı ildə Antarktika yarımadasının bitki örtüyü bir kvadrat kilometrdən az ərazini əhatə edirdisə, 2021-ci ildə bu sahə 12 kvadrat kilometrə qədər artır.

Mütəxəssislər qlobal istiləşmə səbəbindən Antarktidada yaşıllaşdırmanın davam edəcəyini proqnozlaşdırırlar.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Zəngin qadınlar necə geyinir? Kopyalamağa dəyər 5 əsas detal

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu