Texnologiya

Anthropic rəhbəri süni intellekt üçün məcburi tənzimləmələrə çağırdı

Bugun.tv xəbər verir ki, süni intellekt şirkəti Anthropic-in baş icraçı direktoru Dario Amodei süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda daha sərt və hüquqi baxımdan məcburi tənzimləmələrin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Amodei bu barədə yayımladığı məqalədə bildirib ki, süni intellekt sahəsində irəliləyiş qanunvericilik proseslərindən daha sürətlə baş verir və bu səbəbdən mövcud nəzarət mexanizmləri kifayət etmir. Onun sözlərinə görə, yaxın illərdə süni intellekt sistemləri iqtisadiyyat və cəmiyyət üzərində daha böyük təsir gücünə malik olacaq.

Anthropic rəhbəri qeyd edib ki, xüsusilə kibertəhlükəsizlik, bioloji risklər və gələcəkdə süni intellektin müstəqil qərarvermə qabiliyyəti ciddi narahatlıq doğurur. O hesab edir ki, yalnız şəffaflıq siyasəti bu risklərin qarşısını almaq üçün yetərli deyil.

Amodei təklif edib ki, qabaqcıl süni intellekt modelləri aviasiya sənayesində olduğu kimi məcburi texniki sınaqlardan və təhlükəsizlik yoxlamalarından keçirilsin. Təhlükəsizlik standartlarına cavab verməyən sistemlərin istifadəsinə isə icazə verilməsin.

O, həmçinin süni intellektin əmək bazarına təsirinə diqqət çəkərək, iş yerlərinin azalması riskinə qarşı əməkhaqqı sığortası, yenidən ixtisaslaşdırma proqramları və təhsil dəstəyi kimi tədbirlərin nəzərdən keçirilməsini təklif edib.

Anthropic şirkəti Amodeinin məqaləsi ilə yanaşı, qabaqcıl süni intellekt modellərinin test edilməsi və işçi qüvvəsinin qorunmasına dair yeni siyasət sənədləri də təqdim edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

WhatsApp-da iki yeni funksiya hazırlanır: Stikerlər səslənəcək, mesaj bölməsi dəyişəcək

Aynur Camal

BRICS ölkələri ərzaq təhlükəsizliyi üçün yüksək texnologiyalara yönəlir

Aynur Camal

Astronomlar yaşıl, çəhrayı və bənövşəyi rəngdə görünə bilən ulduzlar aşkar ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu