5 C
Baku
15 Dekabr 2025, 3:54
Baş xəbərSosial

Antinarkotik təbliğatı çərçivəsində tədbir keçirildi

Yardımlıda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib.

Bugun.tv xəbər verir ki, tədbir Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zevin kənd tam orta məktəbində “Narkomaniyasız gələcək!” mövzusunda baş tutub.

Çıxış edənlər müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıblar.

Qeyd edək ki, görüşdə Yardımlı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüqar Bəhmənov, RİH başçısının müavini Əfsanə Məmmədova, Rayon Təhsil Sektorunun müdiri Kamal Təhməzov, Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev və başqaları iştirak ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Avstraliyada komendant saatı elan edildi

Teymur Əziz

Uçan binada ölənlərin sayı 16-ya çatdı

Bugün TV

Hizbullah işğal altındakı Hayfa limanını raketlərlə vurub 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu