24 C
Baku
10 Sentyabr 2025, 7:21
Digər

Antonio Quterreş ŞƏT Sammitində çoxtərəfliliyi gücləndirməyə çağırdı

Bugun.tv BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, 10 üzv dövlətdən ibarət Avrasiya bloku əhalisi və coğrafiyası baxımından dünyanın ən böyük regional təşkilatıdır. A.Quterreş liderlərə deyib ki, “biz çoxqütblü dünyaya doğru irəliləyirik” və bu, həm reallıq, həm də fürsətdir. Onun sözlərinə görə, inkişaf etməkdə olan iqtisadiyyatlar ticarət, diplomatiya və inkişafı yenidən formalaşdırır, lakin eyni zamanda ədalətsizliklər və fikir ayrılıqları genişlənir. Baş katib çoxtərəfliliyi gücləndirmək, qanunun aliliyini qorumaq üçün prinsipial liderliyə ehtiyac olduğunu vurğulayıb. O əlavə edib: “Şanxay Əməkdaşlıq Təşkilatı daha dinc, əhatəli və davamlı gələcəyin formalaşmasına kömək etmək üçün unikal mövqeyə malikdir”. BMT rəhbəri sülh və təhlükəsizlikdən başlayaraq dörd prioritet istiqaməti qeyd edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Məzahir Əfəndiyevin Avropa məbuatında, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına səfərinə dair məqaləsi dərc olunub

Nigar Məmmədova

Magistratura imtahanına qeydiyyat müddəti başa çatır – TƏLƏSİN

Kəmalə Sultan

Ərdoğan: THY təxminən 16 milyard dollarlıq xidmət ixracı ilə bu sahədə liderliyini möhkəmləndirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu