24 C
Baku
10 Sentyabr 2025, 2:56
Digər

Antonio Quterreş ŞƏT Sammitində çoxtərəfliliyi gücləndirməyə çağırdı

Bugun.tv BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, 10 üzv dövlətdən ibarət Avrasiya bloku əhalisi və coğrafiyası baxımından dünyanın ən böyük regional təşkilatıdır. A.Quterreş liderlərə deyib ki, “biz çoxqütblü dünyaya doğru irəliləyirik” və bu, həm reallıq, həm də fürsətdir. Onun sözlərinə görə, inkişaf etməkdə olan iqtisadiyyatlar ticarət, diplomatiya və inkişafı yenidən formalaşdırır, lakin eyni zamanda ədalətsizliklər və fikir ayrılıqları genişlənir. Baş katib çoxtərəfliliyi gücləndirmək, qanunun aliliyini qorumaq üçün prinsipial liderliyə ehtiyac olduğunu vurğulayıb. O əlavə edib: “Şanxay Əməkdaşlıq Təşkilatı daha dinc, əhatəli və davamlı gələcəyin formalaşmasına kömək etmək üçün unikal mövqeyə malikdir”. BMT rəhbəri sülh və təhlükəsizlikdən başlayaraq dörd prioritet istiqaməti qeyd edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Yük maşınında olan 4 ala maral qoruma altına alındı

Bugün TV

İlham Əliyev Rize haqqında: “Əziz qardaşıma dedim ki, bu yerlər cənnətə bənzəyir”

Bugün TV

Beynəlxalq Həkimlər Günü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu