Bugun.tv təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş katib bəyanatında, BMT-nin, beynəlxalq və milli qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin və diplomatik missiyaların bütün digər əməkdaşları ilə birlikdə 2024-cü ilin iyun ayından bəri girov saxlanılan əməkdaşların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışını təkrarlayıb. O, BMT və tərəfdaş təşkilatların əməkdaşlarının davamlı olaraq saxlanmasının qəbuledilməz olduğunu vurğulayaraq bildirib ki, onlar vəzifələrini yerinə yetirərkən heç vaxt hədəfə alınmamalı, həbs edilməməli və ya girov saxlanılmamalıdır. A.Quterreş şəxsi heyətin və təşkilatın əmlakının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayıb. BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq, öz növbəsində, təşkilatın əməkdaşlarının Səna və Əl Hudeydə şəhərlərində özbaşına həbslərinin yeni dalğasını, habelə husilərin BMT binalarına zorla daxil olmasını və onun əmlakını ələ keçirməsini kəskin şəkildə pisləyib.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri