4 C
Baku
15 Yanvar 2026, 1:15
Mədəniyyət

“Apatiya” filmi ictimaiyyətə təqdim edildi

Bugun.tv xəbər verir ki, Aktyor-rejissor Hikmət Rəhimov dram janrında çəkdiyi “Apatiya” filmini ictimaiyyətə təqdim etdi. Yaş həddi +18 olan, 500-600 nəfərin iştirak etdiyi filmin qala gecəsi “Flame Towers”də, park sinemada izdihamla keçdi. Film onu izləyən tamaşaçılar tərəfindən bəyənildi, fərqli reaksiyalar yaratdı və səs-küyə səbəb oldu.

Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan “Apatiya” TV, mətbuat və sosial şəbəkələrin gündəmində olan yeganə filmdir.

Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş olunur.

Bu dram, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.

Bir ailənin faciəsindən bəhs edən bu film
şəraitsiz evdə sevgisiz böyüyən Akifin həyatına işıq tutur. Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən bu uşaq maşın ustası olan narkoman əmisinin yanına gedir.

Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi hər şeyi dəyişir və fikirləri başqa səmtə yönəldir.

Aynur Camal

Oxşar xəbərlər

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Aynur Camal

Vətən Müharibəsində iştirak etmiş həkimlər haqqında kitab təqdim olunub

Aynur Camal

Billboard 2025-ci ilin ən yadda qalan pop-mədəniyyət hadisələrini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu