14 C
Baku
22 Noyabr 2024, 10:39
Baş xəbərTexnologiya

Apple-dan xəbərdarlıq! iPhone-ları yastığın altına qoymayın!

Bugun.tv xəbər verir ki, “Apple” istifadəçilərinə xəbərdarlıq edib. Cihazlarını adapterə qoşulu vəziyyətdə uzun müddət saxlamasınlar.

Bir çox insanlar smartfonlarını enerji yığan zaman da istifadə edir. Mütəxəssislər bu zaman telefondan istifadənin müəyyən risklərə gətirin çıxardığını deyirlər. Xüsusilə yüksək enerji ilə doldurulmuş cihazlar istifadə zamanı həddindən artıq qıza bilər ki, bu da batareyanın ömrünü qısalda və hətta təhlükəli vəziyyətlər yarada bilər.

ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Apple” istifadəçilərinə enerji yığmaq üçün qoşulduqları cihazları ilə uzun müddət təmasdan çəkinmələri barədə xəbərdarlıq edib.

Apple-ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı “iPhone üçün vacib təhlükəsizlik məlumatı” başlığı altında telefonlarını bir gecədə dolduran insanlar üçün xəbərdarlıqlar var.

“Cihaz işlək vəziyyətdə və ya enerji mənbəyinə qoşulmuş halda, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət dəri təmasında olmaq zərərlidir”, – bildirilib.

Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin dərisi ilə uzun müddət təmasda olmanın və cihazın havalandırılmayan yerlərdə şarj edilməsinin narahatlığa və ya xəsarət almağa səbəb ola biləcəyi vurğulanıb.

Onların simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.

Teymur Əziz

Oxşar xəbərlər

Avtobus qəzası nəticəsində 16 nəfər öldü

İntizar Əmirova

Cəlilabad rayonunda dəhşətli qətl

Kəmalə Sultan

İsveçdə Qurana təxribatlara qarşı qanunda dəyişiklik gözlənilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu