19 C
Baku
8 Sentyabr 2024, 3:28
Texnologiya

Apple-ın ağıllı üzüyünün təfərrüatları məlum oldu

Bugun.tv xəbər verir ki, Apple yaxın aylarda ağıllı üzük təqdim etmək niyyətindədir. Bu barədə Koreyanın ET News nəşri məlumat yayıb.

Media jurnalistləri adı açıqlanmayan insayderə istinad edib. Onun sözlərinə görə, Amerika şirkəti smart üzüyün hazırlanmasını sürətləndirib. O, 2024-cü ildə təqdim oluna bilər. Müəlliflər cihazın təfərrüatlarını da açıqlanıb. Yığcam ölçü, fəaliyyətin izlənilməsi variantları, ağıllı funksiyalar.

Mütəxəssislərin fikrincə, “Apple” yanvarda “Samsung”dan ağıllı üzük elan etdiyi üçün aktivləşib. İddialara görə, korporasiya potensial olaraq böyük bazar seqmentini rəqibə vermək istəmir. Bildirilib ki, məhz bu səbəbdən “Apple” barmağa taxılan cihazın bir neçə variantını patentləşdirib.

9to5Mac-ın jurnalistləri Apple-ın ildə onlarla qadcet və texnologiyanı patentləşdirməsinə etiraz ediblər. “Samsung-un satışa çıxarılmasının hər hansı bir Apple elanının vaxtına təsir edəcəyi fikri xüsusilə axmaqdır: Kupertino şirkəti həmişə öz qrafiki ilə işləyir” deyə media müəllifləri vurğulayıblar.

Daha əvvəl məlum olmuşdu ki, Samsung yayda ilk smart üzük buraxmağı planlaşdırıb. Cihaz Galaxy Watch 7 smart saatı ilə birlikdə nümayiş etdiriləcək.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

İntizar Əmirova

Oxşar xəbərlər

Apple Car-ın uğursuzluğunun səbəbləri adlandı

Bugün TV

Xiaomi smartfonlardakı kütləvi nasazlığı şərh etdi

Aynur Camal

“Twitter” tərcümə funksiyasını ləğv etdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu