8 C
Baku
15 Fevral 2026, 3:34
Texnologiya

Apple-ın satışları 16 faiz artaraq bazar gözləntilərini üstələyib

Apple maliyyə nəticələri, Apple satış artımı, iPhone satışları, Apple xalis mənfəət, səhm başına qazanc, texnologiya şirkətləri, qlobal bazar, maliyyə hesabatı

ABŞ-ın texnologiya nəhəngi Apple maliyyə nəticələrini açıqlayıb. Şirkətin 2026 maliyyə ilinin birinci rübü hesab edilən və 27 dekabr 2025-də başa çatan üç aylıq dövrdə xalis satışları illik müqayisədə 16 faiz artaraq 143,8 milyard dollar təşkil edib. Bu göstərici bazar gözləntilərini üstələyib.

Məlumata görə, Apple-ın xalis mənfəəti eyni dövrdə 42,1 milyard dollar olub. Bu, ötən ilin analoji dövründə qeydə alınan 36,3 milyard dollar ilə müqayisədə artım deməkdir. Şirkətin səhm başına qazancı isə 2,4 dollardan 2,84 dollara yüksəlib. Həm gəlir, həm də səhm üzrə mənfəət bazar proqnozlarından yüksək olub.

Rüb ərzində iPhone və iPad satışlarında artım, Mac satışlarında isə azalma qeydə alınıb. iPhone satışları illik əsasda 23 faiz artaraq 85,3 milyard dollara çatıb və gözləntiləri aşıb. iPad satışları 6 faiz artımla 8,6 milyard dollar, Mac satışları isə 7 faiz azalaraq 8,4 milyard dollar səviyyəsində olub.

 

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

NASA Mars səthində geniş su buzunu təsdiqləyib

Aynur Camal

ABŞ Energetika Nazirliyi 26 elmi və texnoloji çağırış elan etdi

Aynur Camal

Alman alimlər 2D materiallarda yeni maqnetizm kəşf etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu