Texnologiya

Apple, iPhone-lara süni intellekt gətirmək üçün Çinlə danışıqlar aparır

Bugun.tv xəbər verir ki, Apple iOS 18-in süni intellekt xüsusiyyətləri ilə bağlı Çin şirkəti Baidu ilə danışıqlara başlayıb. Ümumilikdə, son zamanlar bir çox şirkət süni intellekt texnologiyalarına böyük sərmayələr qoyur. Hazırda smartfon istehsalçıları bu funksiyaları telefonlarına inteqrasiya etməyə başlayıblar.

Elə bu yaxınlarda Samsung Galaxy S24 seriyası da bir çox yeni süni intellekt xüsusiyyətləri ilə satışa çıxarılıb. Apple şirkəti isə Google-un Gemini süni intellekt mühərrikini iPhone-lara yerləşdirmək üçün danışıqlar aparır.

Hələ inkişaf mərhələsi keçən iOS 18 isə yeni dizaynı və süni intellekt xüsusiyyətləri ilə ən böyük iOS yeniləmələrindən biri olacaq. İndi Apple-in Baidi şirkəti ilə müqavilə bağlaması üçün Çin hökuməti icazə verməlidir.

Yeni modelin sentyabrda təqdim olunacağı gözlənilir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Samsung smartfonlara dəstək müddətini azaltdı

Teymur Əziz

ABŞ 52 ildən sonra yenidən Aya maşın göndərdi

İntizar Əmirova

Doodle video nədir və necə hazırlanır? – TƏLİMAT

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu