3 C
Baku
14 Dekabr 2025, 7:52
Baş xəbər

Apple kütləvi ixtisarlara başladı: 600 nəfər işdən çıxarıldı

Bugun.tv xəbər verir ki, Apple ən azı 600 nəfərlə yollarını ayırıb. İşdən çıxanların əksəriyyəti ləğv edilmiş elektrik avtomobili layihəsində işləyirdi.

Belə ki, Project Titan adlı elektrikli və avtonom avtomobil layihəsini çox gizli şəkildə həyata keçirən Apple, 10 ildir üzərində çalışdığı layihəni bir müddət əvvəl ləğv etdi.

“The New York Times” qəzetinin dərc etdiyi yeni hesabat, Apple-ın ləğv edilmiş elektrik avtomobil layihəsinə indiyədək 10 milyard dollar xərclədiyini göstərir. Menecerlər komandadakı bir çox əməkdaşın süni intellekt şöbəsinə keçəcəyini desələr də, əslində bu baş verməyib.

Yeni ortaya çıxan məlumatlara görə, Apple işçiləri ilə yollarını ayırıb. Digər şəxslərin “Apple” üçün ekran texnologiyaları hazırlamağa çalışan qrupa aid olduğu bildirilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub -VİDEO

Bugün TV

Tək şarjla 800 km: Elektrikli 9 nəfərlik təyyarələr gəlir

Aynur Camal

Deputat qazi Anar Əsədovu ziyarət etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu