12 C
Baku
3 Dekabr 2025, 14:21
Digər

“Apple” şirkəti GPT-5 texnoloji sıçrayışına hazırlaşır

“iPhone-17”nin sentyabrda xəttə buraxılacağı anonsundan sonra “Apple” şirkəti iOS 26, iPadOS 26 və macOS Tahoe 26 tətbiqlərinin final versiyalarını buraxmağı planlaşdırır. Bu yenilənmə trendi ilə kompaniyanın cihazları “OpenAI” şirkətinin “Apple Intelligence” proqramına inteqrasiya edilən ən yeni GPT-5 neyroşəbəkəsinə daxil ola biləcək.

İnsayderlərin fikrincə, “Apple” yerli modellər üçün əlçatmaz olan resurs tutumlu və mürəkkəb vəzifələri həll etmək üzrə GPT-5-dən istifadə etmək niyyətindədir. Beləliklə, şirkət GPT-4o-nun istifadəsindən imtina edərək “Siri” və digər xidmətlərin imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə hazırlaşır.

Bugun.tv xarici mediaya istinadla xəbər verir ki, “Apple Intelligence” hazırda məhdud rejimdə GPT-4o-dan istifadə edir, bu funksiyanı aktivləşdirən istifadəçilərə sənədlərin xülasəsini yaratmaq, mətn yazmaq, “Siri” vasitəsilə suallara cavab almaq, kamera ilə obyektləri tanımaq kimi tapşırıqları yerinə yetirmək imkanı verir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Böyük Britaniyada əczaçılıq sektorunda oğurluq və aqressiya halları artdı

Bugün TV

FT: Avropa liderləri Parisdə Ukrayna məsələsinin nizamlanmasını müzakirə edəcəklər

Bugün TV

Tanınmış prodüserin qızı da məzun oldu – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu