8 C
Baku
7 Fevral 2026, 17:52
Baş xəbər

Aprel döyüşləri-Zəfər tariximizin ilk səhifəsi…

Bugun.tv xəbər verir ki, bu gün Aprel döyüşlərindən 7 il ötür. 02.04.2016-cı il. Bu tarix Azərbaycanın qüdrətini və gücünü sübuta yetirdi. Dörd günlük döyüşlərdə Azərbaycan Ordusunun igidləri öz şücaətləri ilə işğalçı Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan çox ərazini işğaldan azad etdilər.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin döyüş tapşırığına əməl edən qəhrəman əsgər və zabitlərinin strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyini işğaldan azad etdi.

2 Aprel möhtəşəm zəfərimizin müjdəçisi oldu. Artıq bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. 30 illik  həsrətdən sonra öz ata-baba yurdumuza qovuşduq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun başçılıq etdiyi məğlubedilməz Ordumuzun sayəsində baş verdi.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirik!

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu