25 C
Baku
10 Sentyabr 2025, 21:34
Baş xəbərSosial

Aprelin 1-dən müharibə veteranları və şəhid ailələri üçün 9109 “Çağrı Mərkəzi” istifadəyə verilir

Bugun.tv-nin məlumatına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixdən istifadəyə verilir.

Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.

“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb.

9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Mənbə: Səhiyyə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Dubay şokoladının ucuz analoqlarında kanserogenlər tapdılar

Aynur Camal

Bunları yemək cavanlaşır! Hər gün istehlak etməli olduğunuz 5 möcüzəvi qida…

Aynur Camal

Azərbaycan Çİn Döyüş Növlərİ Assosİasİyası Çİn səfirliyinə dəvət olundu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu