22 C
Baku
27 İyul 2025, 8:19
Baş xəbərSosial

Aprelin 1-dən müharibə veteranları və şəhid ailələri üçün 9109 “Çağrı Mərkəzi” istifadəyə verilir

Bugun.tv-nin məlumatına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixdən istifadəyə verilir.

Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.

“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb.

9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Mənbə: Səhiyyə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Yerin dərinliklərində həll olunmamış sirr

Bugün TV

Niyə uşaqlara makiyaj tətbiq etmək qadağan edilməlidir?

Aynur Camal

Türkiyəli iş adamları Bakı Tekstil Fabrikində oldular – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu