Baş xəbər

Aprelin 30-da gözlənilən hava şəraiti

Hava haqqında

Bugun.tv xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, havanın temperaturu gecə 11-16°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşama doğru ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 24-29° isti, dağlarda gecə 3-6°, gündüz 5-10°, bəzi yerlərdə 13-17° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Dilan Polat “intihar edəcəm, Engin”! Həbsxana rəhbərliyi Dilan Polat üçün nə etdi…

Aynur Camal

Prezident qanunda dəyişiklik etdi

Aynur Camal

Haaqadakı iki rəsm Rembrandtın statusunu itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu