16 C
Baku
2 Noyabr 2025, 1:11
Baş xəbərSosial

Aprelin 4-də gözlənilən hava şəraiti

Bugun.tv-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman və mülayim şərq küləyi də gözlənilir.

Havanın temperaturu gecə 4-7°, gündüz 14-19° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacaq.

Mənbə: Milli Hidrometeorologiya Xidməti

Aynur Camal

Oxşar xəbərlər

Meloninin Ukrayna ilə bağlı şərhi: Bu, NATO-nun təhlükəsizlik dairəsinə daxil edilməlidir

Aynur Camal

“Türkiyə və Suriyadakı insanlar üçün birlikdə”

Aynur Camal

Həkim hansı qidaların yuxunu pisləşdirdiyini izah etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu