22 C
Baku
3 İyun 2025, 11:52
Sosial

AQEM ölkələrində MEMORANDUM imzalandı

“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyi ilə Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr üzrə Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bugun.tv xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 10-cu biznes forumu çərçivəsində baş tutub.

AQEM ölkələrində qadınların kiçik və orta biznesdə iştirakına dəstək göstərilməsi haqqında Memorandumu AQSİA-nın sədri Səkinə Babayeva və Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr üzrə Assosiasiyasının prezidenti Ayajan Uteuova imzalayıblar.

Əməkdaşlığın əsas istiqamətləri arasında qadın sahibkarlığının dəstəklənməsi – qadınların iqtisadi imkanlarının genişləndirilməsinə yönəlmiş strateji tərəfdaşlığın qurulması, kreativ sənaye sahələrinin inkişafı – innovasiya və dayanıqlı inkişafın hərəkətverici qüvvəsi kimi kreativ iqtisadiyyatın əhəmiyyətinin tanınması, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq – qadın sahibkarlar üçün rəqəmsal həllər, platformalar və xidmətlərin yaradılması və tətbiqi vasitəsilə rəqəmsal transformasiyanın təşviqi qeyd edilib.

Bundan əlavə, qadınların biznes, idarəetmə və innovasiya sahələrində səriştələrinin artırılması üçün təhsil proqramlarının, seminarların, təlimlərin və digər təşəbbüslərin birgə hazırlanması və həyata keçirilməsi planlaşdırılır.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

“Bilim Bakı” mərkəzi 1 yaşında!

Aynur Camal

Azərbaycan – BƏƏ dövlət xidmətləri mövzusunda beynəlxalq forum təşkil edildi

Aynur Camal

Həkim-infeksionist Təyyar Eyvazov mövsümi qriplə bağlı sualları cavablandırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu