19 C
Baku
8 Sentyabr 2024, 3:32
Baş xəbərSosial

AQTA istehlakçılara kitabça paylayır

Bugun.tv-yə AQTA-dan daxil olan məlumata görə, “Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz” adlı kitabça ictimai iaşə müəssisələri və satış şəbəkələrində istehlakçılara paylanır. Kitabçanın paylanması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Könüllü Qida Nəzarətçisi” proqramının könüllüləri tərəfindən həyata keçirilir.

Könüllülər “Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz”i sahibkarlıq subyektlərində istehlakçılara təqdim etməklə yanaşı, müvafiq maarifləndirmə işini də aparırlar. Məlumat verilir ki, hazırda 1 insan il ərzində orta hesabla 74 kq qida israf edir. Hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizi israf edilir ki, bu da 931 milyon ton ərzaq deməkdir. Qeyd olunan göstərici böyük görünsə də, hər bir insan fərdi tədbirlər görməklə və özündə yeni vərdişlər formalaşdırmaqla, ərzaq tullantılarının miqdarını azalda və ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verə bilər.

Eyni zamanda bildirilir ki, kitabçada dünya üzrə israf edilən ərzağın miqdarı, ərzaq tullantılarını azaltmaq üçün hər bir fərdin əməl etməli olduğu tədbirlər, eləcə də mağazada qənaət edərək alış-veriş üsulları, evdə ərzaqla bağlı yerinə yetirilməsi vacib sayılan məsələlər və ərzaqların düzgün saxlanması barədə məlumat verilib.

Qeyd edək ki, “Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz” insanları ərzaq tullantılarının mənfi təsirləri haqqında maarifləndirmək, onları ərzağı israf etməkdən çəkindirmək, istehlakçıları görəcəkləri fərdi tədbirlərlə ərzaq tullantıları ilə bağlı qlobal problemə töhfə verəcəyinə inandırmaq və israfçılığın azalmasına nail olmaq məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Aynur Camal

Oxşar xəbərlər

“Əlillərin məşğulluğuna dəstək“ adlı layihə Salyan rayonunda həyata keçirilib

Aynur Camal

Sabiq səfir: “Türkiyə sülh müqaviləsi imzalanmasının tərəfindədir”

Aynur Camal

Müdafiə Nazirliyi açıqlama yaydı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu