8 C
Baku
23 Dekabr 2024, 9:25
Baş xəbərDünya

AQTA sədri fındıq emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zaqatala rayonunda fındıq emalı müəssisələrinə baxış keçirib, fındıq ixracı ilə məşğul olan sahibkarlarla görüşüb.

Bu barədə Bugün.tv “Report”a istinadən məlumat verir

Q. Təhməzli fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı sahibkarları dinləyib. Baxış zamanı sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə laborator sınaq müayinələri zamanı aflatoksin miqdarının yol verilən həddən artıq olan məhsul partiyalarının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarının tələblərinə uyğun şəkildə icra olunmasının vacibliyi vurğulanıb.

Sahibkarların diqqətinə çatdırılıb ki, daxili və beynəlxalq bazarlarda istehlakçıların tələblərinə cavab verən yüksək keyfiyyətli, təhlükəsiz və rəqabətqabiliyyətli məhsulların istehsalına nail olmaq, son məhsulda aflatoksinin miqdarının yolverilən həddi keçməməsi üçün sahibkarlar tərəfindən məhsulun mövsümündə yığımının həyata keçirilməsi, saxlanması, emalı və çeşidlənməsi qaydalarına əməl edilməlidir.

Aynur Camal

Oxşar xəbərlər

Fransada yağlı toxum emalı zavodunda partlayış oldu

Aynur Camal

Məşhur sənətçi qəza keçirdi

Bugün TV

Qazaxıstanın müstəqilliyinin ildönümü: Tokayevdən mənalı mesaj

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu