36 C
Baku
20 İyul 2025, 15:12
Baş xəbərSosial

AQTİ kütləvi ağacəkmə tədbirində iştirak edib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə kütləvi ağacəkmə tədbiri keçirilib.

Bugun.tv-nin AQTİ-dan əldə etdiyi məlumata görə, könüllülərin də iştirak etdiyi ağacəkmə tədbiri zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Aynur Camal

Oxşar xəbərlər

“Mən gənc olanda qəhrəmanlarım Atatürk və Fatih Sultan Mehmet idi”

Aynur Camal

“Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında növbəti görüş keçirildi

Aynur Camal

Füzulidə silah-sursat aşkar edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu