10 C
Baku
22 Dekabr 2024, 22:19
Baş xəbərSosial

AQTİ: “Laboratoriyalar üçün səriştəlilik sınaqları davam etdirilir”

Bugun.tv-nin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) -dən əldə etdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqları davam etdirilir.

Laboratoriyalar may ayında keçirilməsi planlaşdırılan ağır metal analizinə (Arsen(As), Cadmium(Cd), Qurğuşun(Pb), Civə(Hg)) qatılmaq üçün 21 may 2023-cü il tarixədək AQTİ-yə müraciət edə bilərlər.

Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar İnstitutun rəsmi saytındakı (afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidirlər.

Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.

Səriştəlilik sınağının nəticələri sınaqlar yekunlaşandan sonra 1 ay müddətində AQTİ-nin rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.

Laboratoriyalar səriştəlilik sınağı haqqında daha ətraflı məlumatı İnstitutun rəsmi saytından əldə edə bilərlər.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.

Aynur Camal

Oxşar xəbərlər

Dəhşətli qəza 4 nəfərin həyatına son qoydu, 3-ü yaralandı

Kəmalə Sultan

ABŞ-ın Pensilvaniya ştatında baş verən partlayışda ölənlərin sayı 6-ya çatdı

Teymur Əziz

Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu