13 C
Baku
16 Mart 2026, 16:55
Dünya

Araşdırma: albalı şirəsi yuxusuzluğa qarşı faydalı ola bilər

ABŞ-də aparılan yeni araşdırma göstərib ki, turş albalı şirəsi yuxu problemlərindən əziyyət çəkən yaşlı insanlarda yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.

Məlumata görə, tədqiqat Harvard Medical School və Hebrew SeniorLife Yaşlanma Araşdırmaları İnstitutunun alimləri tərəfindən aparılıb. Araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, turş albalı şirəsinin müntəzəm istifadəsi yuxu pozuntusu yaşayan yaşlı insanlarda yuxunun müddətinin artması ilə əlaqəlidir. Əvvəlki pilot araşdırmalarda iki həftə ərzində hər gün albalı şirəsi içən iştirakçıların daha uzun yatdığı və gecə daha az oyandığı müəyyən edilib.

Alimlər bu təsiri albalının tərkibində olan bioloji aktiv maddələrlə əlaqələndirirlər. Onların arasında yuxu ritmini tənzimləyən melatonin, serotonin sintezində iştirak edən triptofan, həmçinin maqnezium və iltihab əleyhinə təsiri olan flavonoidlər var. Bu maddələrin birlikdə stress, əhval-ruhiyyə və yuxu hormonlarına təsir göstərə biləcəyi qeyd olunur.

Araşdırmaya görə, yuxusuzluq yaşlı insanların 40–70 faizində rast gəlinir və dərman preparatları çox vaxt yan təsirlərə səbəb olur. Buna görə alimlər yuxunu yaxşılaşdırmaq üçün təhlükəsiz qidalanma üsullarının axtarılmasının vacib olduğunu bildirirlər.

Bundan əvvəl aparılan digər tədqiqatlarda isə tünd rəngli şirin albalının tərkibindəki maddələrin süd vəzi xərçəngi hüceyrələrinin inkişafını ləngidə biləcəyi də qeyd olunub.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İran və Fransa liderləri regiondakı vəziyyəti müzakirə etdi

Aynur Camal

Siyasi ekspertdən ABŞ‑İran münaqişəsi ilə bağlı təhlil

Aynur Camal

ABŞ-da 100 milyondan çox insanı əhatə edən güclü hava şəraiti xəbərdarlığı verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu