8 C
Baku
12 Dekabr 2024, 8:39
Dünya

Araşdırma: Fransada hicablı tələbələrin iş müraciətlərinin 81,4 faizi rədd edilir

Fransada aparılan bir araşdırma, hicablı tələbələrin peşə təhsili ilə bağlı iş müraciətlərində digər qız tələbələrə nisbətən daha az müsbət cavab aldığını ortaya qoydu. Fransanın Qustav-Eyfel Universitetinə bağlı Ali Təhsildə Ayrı-seçkilik və Bərabərlik üzrə Milli Rəsədxana dekabrın 9-da ölkədə iş müraciətlərində hicablı müsəlman tələbələrin üzləşdiyi diskriminasiya ilə bağlı hesabatını dərc edib.

Hesabatda, 2005-ci il təvəllüdlü mühasibatlıq birinci kurs tələbələrinin hicablı və hicabsız qızların peşə təhsili çərçivəsində Parisdə 2 min şirkətə göndərilən 4 min müraciətə verilən cavablar araşdırıldı.

“Müraciətə müsbət cavab”, “müraciətə mənfi cavab” və “müraciət prosesinin davamı” kateqoriyalarında cavabların qiymətləndirildiyi araşdırmaya görə, hicablı tələbələr böyük ayrı-seçkiliyə məruz qalıb.

Hicablı tələbələr peşə təhsili üzrə iş müraciətlərində digər qız tələbələrlə müqayisədə 81,4 faiz mənfi cavab alıblar.

Hicablı fransız tələbələrin yüzdə 2,46-sı peşə təhsili ilə bağlı iş müraciətlərindən müsbət cavab alsa da, hicabsız fransız qızlar üçün bu nisbət yüzdə 13,26 olub.

Məqrib əsilli qız tələbələr, fransız əsilli qız tələbələrlə müqayisədə peşə təhsili üzrə iş müraciətlərinə daha çox mənfi cavablar alıblar.

Məğrib əsilli hicablı tələbələrin müraciətlərinə müsbət cavab nisbəti yüzdə 1,19 olaraq qalarkən, eyni mənşəli hicabsız qız tələbələr üçün bu nisbət yüzdə 7,86-dır.

Araşdırma, fransız və ya məğrib əsilli hər 3 hicablı tələbədən yalnız birinin müraciət prosesini davam etdirməyə qərar verdiyini ortaya qoydu.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Balaca Şahzadənin əl ilə yazılmış nüsxəsi 1,25 milyon dollara satışa çıxarılıb

Aynur Camal

Orionid meteor yağışı başlayır: onu nə vaxt və necə izləmək olar?

Aynur Camal

Havadan atılan yardımın paraşütləri açılmadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu