Fransada aparılan bir araşdırma, hicablı tələbələrin peşə təhsili ilə bağlı iş müraciətlərində digər qız tələbələrə nisbətən daha az müsbət cavab aldığını ortaya qoydu. Fransanın Qustav-Eyfel Universitetinə bağlı Ali Təhsildə Ayrı-seçkilik və Bərabərlik üzrə Milli Rəsədxana dekabrın 9-da ölkədə iş müraciətlərində hicablı müsəlman tələbələrin üzləşdiyi diskriminasiya ilə bağlı hesabatını dərc edib.
Hesabatda, 2005-ci il təvəllüdlü mühasibatlıq birinci kurs tələbələrinin hicablı və hicabsız qızların peşə təhsili çərçivəsində Parisdə 2 min şirkətə göndərilən 4 min müraciətə verilən cavablar araşdırıldı.
“Müraciətə müsbət cavab”, “müraciətə mənfi cavab” və “müraciət prosesinin davamı” kateqoriyalarında cavabların qiymətləndirildiyi araşdırmaya görə, hicablı tələbələr böyük ayrı-seçkiliyə məruz qalıb.
Hicablı tələbələr peşə təhsili üzrə iş müraciətlərində digər qız tələbələrlə müqayisədə 81,4 faiz mənfi cavab alıblar.
Hicablı fransız tələbələrin yüzdə 2,46-sı peşə təhsili ilə bağlı iş müraciətlərindən müsbət cavab alsa da, hicabsız fransız qızlar üçün bu nisbət yüzdə 13,26 olub.
Məqrib əsilli qız tələbələr, fransız əsilli qız tələbələrlə müqayisədə peşə təhsili üzrə iş müraciətlərinə daha çox mənfi cavablar alıblar.
Məğrib əsilli hicablı tələbələrin müraciətlərinə müsbət cavab nisbəti yüzdə 1,19 olaraq qalarkən, eyni mənşəli hicabsız qız tələbələr üçün bu nisbət yüzdə 7,86-dır.
Araşdırma, fransız və ya məğrib əsilli hər 3 hicablı tələbədən yalnız birinin müraciət prosesini davam etdirməyə qərar verdiyini ortaya qoydu.
Mənbə: TrtHaber