8 C
Baku
21 Dekabr 2025, 22:51
DünyaHadisə

Araşdırma zamanı aclıqdan ölən 21 nəfərin cəsədi tapıldı

Bugun.tv xəbər verir ki, hadisə Keniyada yaşanıb. Belə ki, dini araşdırma zamanı 21 nəfərin cəsədi tapılıb.
Mezardan çıxarılanlar arasında ölən uşaqlar da var. Keniya polisi daha çox cəsədin tapıla biləcəyini bildirib.

İddia edilir ki, ölkədə insanların aclıqdan ölməsinə səbəb dini hərəkatın rəhbəri Paul Mackenzie Nthengedir.

Bu barədə Keniyanın “The Standard” qəzeti bildirib.

İddia edilir ki, Mackenzie davamçılarına “İsa ilə görüşmək” üçün ac qalmalarını söyləyib.

Patoloqlar DNT nümunələri götürəcək və qurbanların ac olub-olmadığını müəyyən etmək üçün testlər aparacaqlar.

Qeyd edək ki polis aprelin 15-də dörd nəfərin cəsədini tapdıqdan sonra kült təbliğçisi Mackenzieni həbs edib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Gürcüstanın yeni prezidentinin Aİ üzvlüyünə dəstəyi

Aynur Camal

Miqrant böhranı: Küçələrdə əsgərlər, Los Angeles döyüş bölgəsinə çevrildi!

Aynur Camal

Putin Trampla görüşə hazır olduğunu açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu