9 C
Baku
20 Fevral 2026, 6:09
DünyaSiyasət

Argentina BRİKS-ə üzv olmaq üçün müraciət etdi

Argentina BRİKS dövlətlər qrupuna üzv olmaq imkanını təşkilatın avqustda Cənubi Afrikada keçiriləcək sammitindən sonra görür.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Eduardo Zuain TASS-a bildirib.

“Mən iki il əvvəl səfir postunu tutmuşam və o vaxtdan biz bunun üzərində işləyirik. Bilirəm ki, Cənubi Afrikada görüş olacaq. Mən təfərrüatlardan əmin deyiləm və Argentinanın BRİKS-ə qəbulu həmin görüş zamanı baş verməsə belə, dəvətin özü bizim üçün irəliyə doğru böyük bir addımdır”, – Argentinanın Rusiyadakı səfiri görüşdən sonra deyib.

Cənubi Afrika paytaxtındakı diplomatik mənbələrdən TASS-a bildirilib ki, BRİKS-in mümkün genişləndirilməsi ilə bağlı danışıqlar yaxın aylarda aparılacaq. Əlcəzair, Argentina və İran artıq qrupa qoşulmaq üçün müraciət edib. Səudiyyə Ərəbistanı, Türkiyə və Misir isə maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, hazırda BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika üzvdür.

Bugün TV

Oxşar xəbərlər

Kremlin: İranla birgə dəniz təlimləri əvvəlcədən planlaşdırılıb

Aynur Camal

Polşa Baş naziri vətəndaşlarını təcili İranı tərk etməyə çağırıb

Aynur Camal

Hindistanda AI Expo 2026 sərgisi diplomatik tədbirlər səbəbilə bağlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu