16 C
Baku
18 Oktyabr 2024, 13:48
Baş xəbərDünya

Argentina millisi Messidən sonra 10 nömrəli formadan istifadə etməyəcək

Lionel Messi futbolçu karyerasını bitirdikdən sonra Argentina Futbol Assosiasiyası 10 nömrəli formadan istifadə etməyəcək.

Bugun.tv xəbər verir ki, bu barədə assosiasiyanın prezidenti Klaudio Tapia “sport.es” portalına bildirib.

Tapia deyib: “Messi milli komandadan gedəndən sonra heç kimə 10 nömrə geyinməyə icazə verməyəcəyik. Bu nömrə onun şərəfinə ömürlük milli komandadan “təqaüdə” çıxacaq. Bu, onun üçün edə biləcəyimiz ən kiçik şeydir”.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub. Qətərdə keçirilən turnirdə futbolçu yeddi oyun keçirib, bu oyunlarda yeddi qol vurub və üç məhsuldar ötürmə verib. Ümumilikdə Messi Argentina millisində 180 oyun keçirib və 106 qol vurub. Amerika Kubokunun qalibi (2021) və Olimpiya çempionudur (2006).

Messinin 36 yaşı var, o, PSJ ilə iki dəfə Fransa çempionu olub, bir dəfə ölkə Superkubokunu qazanıb. 2003-cü ildən 2021-ci ilə qədər İspaniyanın “Barselona”sında çıxış edib, onunla 10 dəfə İspaniya çempionu olub, 8 dəfə İspaniya Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 4 dəfə Çempionlar Liqasını, 4 dəfə UEFA Super kubokunu qazanıb. 3 dəfə Kubok və Klublararası Dünya Kuboku da əldə edib. Hazırda “İnter Mayami” klubunda oynayır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Uşağın təxəyyülünü necə inkişaf etdirmək olar: 7 asan yol

Aynur Camal

 İran lideri Xamenei: Bizə yaxşı təchiz olunmuş prezident lazımdır

Aynur Camal

Rusiya Dneprə hücum etdi – ölənlər var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu