Baş xəbərDünya

Argentina ÜST-dən çıxmaq qərarına gəlib

Argentina prezidenti Xavyer Milei Covid-19 prosesi zamanı görülən tədbirləri tənqid edib və ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarına gəldiyini açıqlayıb.

Milei ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxacağını açıqlayıb. Milei ÜST-nin epidemiya dövründəki siyasətini sərt şəkildə tənqid etdi və uzunmüddətli karantin tətbiqlərinin insanlığa qarşı cinayət təşkil etdiyini müdafiə etdi.

X sosial media platformasındakı paylaşımında o, “Onlar primitiv karantinin ataları idi. Bu vəziyyət tarixdə bəşəriyyətə qarşı ən qəribə cinayətlərdən birinin törədilməsinə bərabər idi. “Buna görə də biz ÜST kimi uyğunsuz bir qurumdan imtina etmək qərarına gəldik.” deyib.

Prezidentin sözçüsü Manuel Adorni mətbuat konfransında Argentina hökumətinin Covid-19 prosesi zamanı ÜST-nin həyata keçirdiyi siyasətlərlə dərin fikir ayrılıqlarının olduğunu bildirib. Argentinanın ÜST-dən maliyyə almadığını vurğulayan Adorni, “Beynəlxalq bir təşkilatın sağlamlığımıza və suverenliyimizə müdaxilə etməsinə icazə vermirik” deyib.

Adorni, ÜST-nin karantin siyasətlərinin elmi əsası olmadığını və Argentina iqtisadiyyatına böyük ziyan vurduğunu müdafiə edərək, bu addımın xidmət keyfiyyətində dəyişikliyə səbəb olmayacağını bildirib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

“İfritə işarələri” Britaniya mülkündə dəhşətli pentaqramlar tapıldı

Aynur Camal

Baş nazir səhhətinin yaxşı olduğunu bildirdi

Kəmalə Sultan

Azərbaycan Almaniyanın yeni hökumətini Xocalını “soyqırım” kimi tanımağa çağırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu