27 C
Baku
28 İyun 2025, 13:46
Baş xəbərDünya

Argentinada inflyasiya səviyyəsi 200 faizdən yuxarı qalxdı

Argentinada illik inflyasiya 211,4 faizə yüksəlib. Ciddi iqtisadi böhrandan əziyyət çəkən bu Cənubi Amerika ölkəsində təkcə dekabr ayında qiymətlər 25,5 faiz artıb.

Bugun.tv xəbər verir ki, bu barədə Buenos-Ayresdə yerləşən “Indec” Milli Statistika Agentliyinin məlumatında deyilir. Kəskin bahalaşma əsasən də səhiyyə, nəqliyyat və ərzaq xərclərində özünü göstərir. Bu, 1990-cı ildəki hiperinflyasiyadan sonra ən yüksək inflyasiya hesab olunur.

Dünya üzrə inflyasiya göstəricilərinə görə ilk yerlərdən birini tutan Argentina aşağı sənaye məhsuldarlığından və böyük kölgə iqtisadiyyatından əziyyət çəkir.

Qeyd edək ki, dekabrın 10-da vəzifəsinin icrasına başlayan Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyətin kritik olduğunu etiraf edib və iqtisadiyyatda şok tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Dekabrın 12-də ilk iqtisadi tədbirləri açıqlayan iqtisadiyyat naziri Luis Kaputo subsidiyaların azaldılacağını və dolların rəsmi məzənnəsinin 366 pesodan 800 pesoya qaldırıldığını elan edib ki, bu da yanacağın qiymətlərinin daha da bahalaşmasına səbəb ola bilər.

İntizar Əmirova

Oxşar xəbərlər

Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Aynur Camal

Ölənlərin sayı 35 min 456-ya yüksəlib

Aynur Camal

BMT: Qəzzada köçkünlərin sayı 338 mini keçib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu