Sabah “O olmasın, bu olsun” filminin Sərvəri, “Görüş” filminin Kamili, əslində isə ixtisasca həkim olan Arif Mirzəquliyevin (1931-1990) doğum günüdür.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Anar Tağıyev verib.
O qeydlərində yazıb ki, Arif Mirzəquliyev atasının arzusu ilə əsasən kinodan uzaqlaşıb, ömrünün sonuna kimi Bakıda həkim işləyib. O, gələcək həyat yoldaşı ilə də çalışdığı xəstəxanada tanış olub. Sonralar da hər ikisi eyni tibb müəssisəsində həkim işləyib.
Qızının xatirələri: “İxtisasca həkim olmasına baxmayaraq, hər işlə yaxından maraqlanırdı. Çox həyatsevər insan idi. Atamın kinoda oynadığı Kamil obrazı ilə oxşarlğı var, çünki o, Kamil kimi sevgisinə hər zaman bağlı olub”. Onun “Görüş” filmində yaratdığı Kamil və “O olmasın, bu olsun” filmində canlandırdığı Sərvər obrazı yaddaşımıza əbədi həkk olub”.
Mənbə: Facebook