34 C
Baku
27 İyul 2025, 12:21
İdman

“Arsenal”ın ukraynalı futbolçusu komanda yoldaşı ilə mübahisə etdi

Bugun.tv xəbər verir ki, London “Arsenal”ının və Ukrayna milli komandasının futbolçusu Aleksandr Zinçenko İngiltərə Premyer Liqasının (APL) 22-ci turunun “Nottingem Forest”ə qarşı keçirdikləri oyundan sonra komanda yoldaşı Ben Uaytla mübahisə edib. Bu barədə Daily Mail məlumat yayıb.

Meydanda olan ingilis ukraynalıya matçın sonlarında buraxdığı qola görə ukraynalıya şikayət etməyə başlayıb. O, cavab verib. Mümkün davanın qarşısını “topçular”ın baş məşqçisi Mikel Arteta alıb. O, hər iki futbolçunu sakitləşdirib.

Arteta “Mən bunu sevirəm, bir-birindən daha çox şey tələb edirlər. Onlar topu buraxmalarından narazıdırlar və problemi həll etməyə çalışırlar” bildirib.

Ötən gün baş tutan görüş “Arsenal”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zinçenko bu görüşdə qol ötürməsi edib. London komandası 46 xalla çempionatda ikinci yerdədir.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Qalatasaray”ın ilk hədəfi Leandro Paredesdir

Bugün TV

Beşiktaş və Qalatasarayın çempionluq mükafatı açıqlandı

Elnarə Dərziyeva

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu