Axiom Space və Prada ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) Artemis III proqramı çərçivəsində Ay səthinə çıxacaq astronavtlar üçün yeni skafandrlar təqdim edib. Axiom Space-in internet saytında lüks geyim markası Prada ilə ortaq şəkildə hazırlanan paltarlar, NASA-nın Aya dönüş layihəsi olaraq bilinən “Artemis Proqramı”nın üçüncü ayağında astronavtların geyinmələri üçün yer aldı.
Açıqlamada kostyumların istiliyi əks etdirən və astronavtları həddindən artıq yüksək temperaturdan və Ay tozundan qoruyan ağ materialdan hazırlanacağı bildirilib. Açıqlamada paltarların kölgəli yerlərdə ən soyuq mühitdə ən az iki saat dayanıqlı qalacağı, astronavtların təxminən səkkiz saat kosmosda gəzintilər edə biləcəkləri ifadə edildi.
Axiom Space-in prezidenti Matt Ondler sözügedən dizayn haqqında deyib: “Bizim görkəmli komandalarımız innovativ həllər üçün yeni yollar yaratmaqla skafandrların hazırlanmasını yenidən müəyyənləşdiriblər” deyib.
NASA sözügedən paltarın ilk prototipini 2023-cü ilin martında fərqli rənglərdə paylaşmışdı.
Aya qayıdış: “Artemis proqramı”
NASA Aya qayıdış layihəsi olaraq bilinən “Artemis Proqramı” ilə astronavtları yenidən Aya göndərməyi hədəfləyir. Proqramın birinci mərhələsi olan “Artemis I” 2022-ci ilin dekabrında, Orion kosmik gəmisi Ay ətrafında turdan sonra Yerə qayıtdıqda tamamlandı.
Orion kosmik gəmisinin ilk ekipajlı missiyası olan “Artemis II” missiyasında astronavtların Aya enmədən Yerə qayıtmaları planlaşdırılır. Kosmik gəmi ilə bağlı təhlükəsizlik narahatlığı, həmçinin astronavtların kostyumları və eniş maşınları ilə bağlı problemlər səbəbindən 10 günlük səyahət 2025-ci ilin sonuna qədər təxirə salınıb.
Hər şey planlaşdırıldığı kimi getsə, proqramın son mərhələsi olan “Artemis III” missiyası 2026-cı ildə həyata keçirilə bilər.
Mənbə: TrtHaber