7 C
Baku
21 Dekabr 2025, 3:33
Baş xəbərDünya

Artıq “AI Studio” funksiyası ilə istifadəçilər öz chat botlarını yarada biləcəklər

Instagram, ABŞ-dakı bütün istifadəçilər üçün AI Studio adlı funksiyasını təqdim edib. Bu funksiya sayəsində istifadəçilər artıq öz chatbotlarını yarada bilərlər.

Instagram ABŞ-dakı bütün istifadəçilərinə təqdim etdiyi yeni funksiya ilə sosial media təcrübəsini növbəti səviyyəyə qaldırır.

Instagram-ın AI Studio xüsusiyyəti sosial media marketinqində yeni dövr açır.

Bu funksiya sayəsində istifadəçilər artıq öz süni intellektlə dəstəklənən çat botlarını yarada biləcəklər.

Bu xüsusiyyət sayəsində markalar və istifadəçilər daha təsirli, səmərəli və fərdiləşdirilmiş sosial media təcrübəsi yaşayacaqlar.

İstifadəçilər yaratdıqları çat botları ilə digər insanlara “onlarla danışmağa” imkan yarada biləcəklər.

AI Studio həmçinin yaradılacaq chatbotların fərdiləşdirilməsinə imkan verəcək.

İstifadəçilər yaratdıqları chatbotların nədən danışacağını və nədən danışmayacağını və ya öz təcrübə sahələrini seçə biləcəklər.

Süni intellektlə dəstəklənən çat botunun hansı tip hesablarla qarşılıqlı əlaqədə olacağı da əvvəlcədən müəyyən edilə bilər.

Meta yeni funksiyasının ABŞ-dan kənarda nə vaxt yayımlanacağı ilə bağlı açıqlama verməsə də, chatbotların çox yaxında bütün dünyada mövcud olacağı gözlənilir.

Mənbə:  EnSonHaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

3–5 iyul 2025-ci il tarixlərində Berlində 35-ci Qlobal Qadın Sammiti keçirildi

Aynur Camal

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərdi

Teymur Əziz

Bazar qiymətləri proqramı artıq smartfonlarda mövcuddur

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu