6 C
Baku
25 Fevral 2026, 2:31
Sosial

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” adlı konfrans başladı

Bu gün Bakıda “Sağlamlığın Qorunması” ictimai birliyinin təşkilatçılığı ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans başlayıb.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bugun.tv xəbər verir ki, tədbirin təşkilatçısı “Sağlamlığın Qorunması” İctimai birliyinin sədri, Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdiyevadır.

O qeyd edib ki, konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır. Tədbirin əsas istiqamətlərindən biri də piylənmənin yaratdığı sağlamlıq fəsadlarına – ürək-damar, endokrin və digər sistem xəstəliklərinə diqqət çəkmək, ictimai maarifləndirməni gücləndirməklə risk faktorlarının azaldılmasına töhfə verməkdir. Tədbir zamanı “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”, “Artıq çəki və piylənmə – ürək-damar xəstəliklərinin risk amilləri”, “Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri”, Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol” və s. mövzuları ətrafında müzakirələr aparılır.

“Həmçinin, Konfransda Azərbaycanla yanaşı, Türkiyədən də tanınmış mütəxəssislər iştirak edir. Onlar öz ölkələrində bu sahədə tətbiq olunan qabaqcıl elmi-praktiki yanaşmaları təqdim edəcəklər. Bu da, iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və regional əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq”- deyə “Sağlamlığın Qorunması” İctimai birliyinin sədri Yazgül Abdiyeva tədbirlə bağlı açıqlaması zamanı bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu