DünyaTexnologiya

Artıq polisləri robotlar əvəz edir– VİDEO

Polis fəaliyyətinə başlayan bu ağıllı cihaz hələlik gözətçi kimi fəaliyyət göstərir: turistlərə kömək edir, nizam-intizamı qoruyur və hətta üzləri tanıyır.

Bir neçə ay əvvəl biz tarazlıq nəzarəti ilə mürəkkəb fəndlər yerinə yetirməyə qadir olan yeni humanoid robotu PM01-i təqdim edən Çinin Engine AI startapı haqqında məlumat vermişdik. İndi isə alüminium ərintisindən hazırlanmış ekzoskeletə malik, real və son dərəcə qeyri-adi robot istifadəyə buraxılıb.

O, Çinin yüksək texnologiyalı Şençjen şəhərinin polisinin xidmətinə daxil olub.

Polisin mətbuat xidmətinin izah etdiyi kimi, PM01 avtonom işçi kimi fəaliyyət göstərmir, əksinə, köməkçi sistemdir. Metal polis məmuru əks etdirən jilet taxır, 320 dərəcə mənzərəyə malikdir, daxili mikrofonlardan istifadə edərək üzləri tanıya və insanlarla ünsiyyət qura bilir. Və onun əsas funksiyası hər hansı şübhəli hallar barədə məlumat verməkdir.

Engine AI şirkətinin robot yaradıcılarının fikrincə, 14.000 dollar və ya təxminən 1,1 milyon rubl olan PM01 modeli şəhər mühiti üçün əla uzunmüddətli həlldir. Cəmi 1,4 metr hündürlükdə və 40 kiloqram ağırlığında olan maşın polis əməkdaşlarına nəinki küçələrə nəzarət etməkdə, həm də təhsil sahəsində və pərakəndə ticarətdə tətbiqini tapacaq.

Maraqlıdır ki, insanabənzər polis robotu sosial mediada geniş reaksiyalara səbəb olub. Videonun YouTube şərhlərində onun “qorxulu görünüşü”, “distopiya” və “empatiyanın olmaması” ilə bağlı şərhlər üstünlük təşkil edir. Reddit-də isə əksinə, vəziyyət xeyli müsbətdir: burada onlar yeni texnologiyaya daha çox maraq göstərirlər və onun müxtəlif sahələrdə tətbiqini müzakirə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İnsanlar daha yaşıl otlaqlar tapmaq üçün öz doğma əyalətlərini tərk edirlər

Bugün TV

İngiltərə məhkəməsi Rusiya telekanallarının Google-u məhkəməyə verməsini qadağan edib

Aynur Camal

“Gender bərabərliyinə nail olmaq 300 il çəkəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu